Sumqayıtda hasar "KamAZ"ın üzərinə aşıb, sürücü ölüb
Tarix: 02-05-2025 14:29 | Bölmə: Cəmiyyət
Sumqayıtda hasar "KamAZ"ın üzərinə aşıb, sürücü ölüb

Sumqayıt şəhərində "KamAZ"ın üzərin hasar aşıb, sürücü hadisə yerində ölüb.

Hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

1980-ci il təvəllüdlü Natiq Haqverdiyev ona məxsus 90-SL-568 dövlət nömrə nişanlı yük maşınını hündür hasarın kənarında saxlayan zaman güclü külək hasarı avtomobilin üzərinə aşırıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır(Report).




Bölməyə aid digər xəbərlər
28-04-2025, 12:18 Sabah yağış yağacaq