Yağıntılı havaya görə bəzi əraziləri su basıb - Video
Tarix: 06-05-2025 09:50 | Bölmə: Cəmiyyət
Yağıntılı havaya görə bəzi əraziləri su basıb

Gecə saatlarından başlayaraq müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar bəzi əraziləri su basıb.

Reyting.az
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumatlar daxil olub.

Daxil olmuş məlumatlar əsasında FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal ərazilərə cəlb olunub.

Nazirliyin qüvvələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər sayəsində Bakı və Gəncə şəhərləri ərazisində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi təmin edilib.





Bölməyə aid digər xəbərlər