Hacıqabulun üç kəndində evləri sel suları basıb
Tarix: 06-05-2025 23:13 | Bölmə: Cəmiyyət
Hacıqabulun üç kəndində evləri sel suları basıb

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.

Məlumata görə, hazırda rayonda yağan güclü yağışlar nəticəsində əmələ gələn sel suları “Yeddipara” adlanan Udullu kənd ərazi vahidliyində yaşayış evlərini basıb.

Sakinlərin sözlərinə görə, Harami dağından gələn sel Şorbaçı, 1-ci və 2-ci Paşalı kəndlərində həyətyanı sahələrə dolub.

Hazırda intensiv yağış yağır, sel davam edir. Sözügedən kəndlərin əhalisi çətin vəziyyətdə qalıb.

Bununla bağlı artıq aidiyyəti qurumlar hərəkətə keçib(Report).




Bölməyə aid digər xəbərlər