12:42 / 19-05-2025
Keçmiş məmura hökm oxunub
Bakıda moped sərnişini faciəvi şəkildə ölüb
Tarix: 19-05-2025 09:37 | Bölmə: Cəmiyyət
Bakıda moped sərnişini faciəvi şəkildə ölüb

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 58 ünvanının qarşısında baş verib.

Sadəddi Ağakişiyevin sükanı arxasında olduğu “Toyota Prius C” markalı avtomobillə Samir Məmmədovun idarə etdiyi “Minsk” markalı moped toqquşub. Nəticədə mopeddə olan sərnişin 21 yaşlı Əşrəf Mirzəyev müxtəlif dərəcəli xəsarətlər alıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb(qafqazinfo).

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq