16:37 / 18-10-2025
Vatikan zəfəri - Foto
Nazirlik: “Hüquq-mühafizə orqanları hadisəyə aydınlıq gətirəcək"
Tarix: 30-05-2025 10:35 | Bölmə: Cəmiyyət
Nazirlik: “Hüquq-mühafizə orqanları hadisəyə aydınlıq gətirəcək"

Gənclər və İdman Nazirliyi Antalyada keçirilən IFMA versiyası üzrə dünya çempionatı zamanı Azərbaycan Muay-Tay Federasiyasının prezidenti Araz Musayevin bıçaqlanandan sonra mətbuata verdiyi açıqlamada Nazirliyin şöbə müdiri Elnur Məmmədovun adını hallandırmasına reaksiya verib.

Nazirlik Araz Musayevə şəfa diləyib: “Araz Musayevə tezliklə sağalmasını arzulayırıq və inanırıq ki, müvafiq hüquq-mühafizə orqanları qısa müddətdə hadisəyə aydınlıq gətirəcəklər”.

Xatırladaq ki, Araz Musayev ötən gün "Unikal"a müsahibəsinde Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədovu vurulmasında ittiham edib.




Bölməyə aid digər xəbərlər
15-10-2025, 13:04 Sabah yağış yağacaq