Sabah bəzi bölgələrə dolu düşəcək - Xəbərdarlıq
Tarix: 09-07-2025 19:19 | Bölmə: Cəmiyyət
Sabah bəzi bölgələrə dolu düşəcək

Azərbaycanın bəzi yerlərində iyulun 10-da şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir.

Reyting.az
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.




Bölməyə aid digər xəbərlər
5-07-2025, 14:30 Sabah yağış yağacaq