Aya uçmağa hazırlaşırlar - Foto
Tarix: 22-08-2025 10:06 | Bölmə: Cəmiyyət
Aya uçmağa hazırlaşırlar

ABŞ-da Ay ekspedisiyasına hazırlıq üçün "Artemida III" kosmik raketin yığılmasına başlanılıb. Kennedi Kosmik Mərkəzinin mühəndisləri "Artemida III" ekspedisiyası çərçivəsində astronavtları Ayın səthinə aparacaq "Space Launch System" (SLS) raketinin yığılmasına start veriblər.

Reyting.az
-ın məlumatına görə, hazırkı plana əsasən "Artemida III" missiyasının buraxılışı 2027-ci ilə nəzərdə tutulub. Lakin mərkəzdən bildiriblər ki, ola bilsin, bu tarix, çox böyük ehtimalla, "Starship" proqramı ilə bağlı bəzi problemlərə görə dəyişdirilsin.

Bu missiyanın ssenarisinə əsasən, "SLS" raketinin buraxacağı yeni "Orion" kosmik gəmisi astronavtlarla birlikdə Ay ətrafı orbitdə "Starship" ilə birləşməlidir. Bundan sonra iki astronavt "SpaceX"-in gəmisində Ayın cənub qütbü rayonuna enəcək və orada müəyyən bir müddətdə qalacaqlar. Daha sonra bu gəmi yenidən qalxıb "Orion" ilə birləşəcək və bununla da missiyanı bitirib Yerə qayıdacaqlar.



Hazırda NASA mütəxəssisləri yeni raketin yığılmasının başlanğıc mərhələsindədirlər. Onlar artıq "SLS"-in mühərrik bölməsini quyruq hissəsi ilə birləşdiriblər, mühərrik bölməsinin yuxarı hissəsindəki kondisionerləşdirməni təmin etmək üçün xüsusi keyfiyyətli örtük quraşdırıblar.

NASA mütəxəssislərinin fikrincə, əslində, bu, rütubət və çirklənmənin yığılmasının qarşısını almaq üçün çox vacibdir, eləcə də əla ideyadır.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
20-08-2025, 16:01 Ağdərədə yanğın olub
20-08-2025, 12:38 Sabah isti hava olacaq