Həbsxanaya narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb
Tarix: 25-08-2025 14:34 | Bölmə: Cəmiyyət
Həbsxanaya narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

Reyting.az
Ədliyyə Nazirliyinə istinadla xəbər verir ki, məhkumla qısamüddətli görüşə gəlmiş qohumunun üzərinə baxış keçirilən zaman 2 ədəd sellofan bükülüdə çəkisi 8,212 qram heroin və 4,873 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər