13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Ramazanın 24-cü gününün duası – İmsak və iftar vaxtı
Tarix: 28-05-2019 21:46 | Bölmə: Cəmiyyət
Ramazanın 24-cü gününün duası – İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 24-cü günüdür.

Reyting.az
xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda mayın 29-da imsak saat 03:27-də, iftar isə saat 20:18-dədir.

Ramazan ayının 24-cü gününün duası:

"Allahummə inni əs-əlukə fihi ma yurzik. Və əuzu bikə mimma yu-zik. Və əs-əlukət-tovfiqə fihi li-ən utiəkə və la ə-siyək. Ya cəvadəs-sailin".

Tərcüməsi:

"İlahi, bu gün səni razı salan əməlləri səndən istəyirəm. Səni qəzəbləndirən əməllərdən sənə sığınıram. Sənə tabe olmaq və sənə qarşı üsyan etməmək üçün yardım istəyirəm. Ey xahiş edənlərə bəxşiş verən Allah!"

Allah orucunuzu qəbul etsin!




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:04 Sabah yağış yağacaq