16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
Tarix: 12-06-2019 16:58 | Bölmə: Cəmiyyət
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb

NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq, rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Reyting.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verib.

Bildirilib ki, Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}