14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
Bakıda mənzildən pul və qızıl dolu seyf oğurlandı
Tarix: 19-06-2019 11:49 | Bölmə: Cəmiyyət
Bakıda mənzildən pul və qızıl dolu seyf oğurlandı

Bakıda mənzildən içərisində külli miqdarda pul və qızıl zinət əşyaları olan seyf oğurlanıb.

DİN-in Mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini mənzilindən içərisində 15.000 manat və 15.000 ABŞ dolları, habelə 40.000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfin və mobil telefonunun oğurlandığını bildirib.

Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Dəyanət Şirəliyev polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırmalar aparılır.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:47 Sabah yağış yağacaq
16-09-2025, 13:27 Sabah yağış yağacaq
14-09-2025, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq