18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Azərbaycanda 1953 nəfər vərəmə yoluxub
Tarix: 29-07-2019 12:03 | Bölmə: Cəmiyyət
Azərbaycanda 1953 nəfər vərəmə yoluxub

2019-cu ilin 6 ayında Azərbaycanda 1953 nəfərdə vərəmə yoluxma halı qeydə alınıb.

Səhiyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 1320-si kişi, 627-si qadındır.

Məlumata əsasən, 6 ayda 211 uşaq və yeniyetmə arasında vərəmə yoluxma qeydə alınıb.

Nazirlikdən bildirilib ki, vərəmə yoluxanlardan 376-sı Bakı şəhərinin payına düşür. Bu da Bakı şəhərində əhalı sıxlığı ilə izah oluna bilər. Lakin son illər üzrə hesabatlar göstərir ki, Bakı şəhəri üzrə 100 000 əhaliyə xəstələnmə göstəricisi respublika üzrə göstəricidən aşağı olur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər