20:08 / 06-07-2025
BRICS Sammiti başlayıb
14:30 / 05-07-2025
Sabah yağış yağacaq
Qəzet redaktorunun şübhəli ölümü sosial medianı çalxalayıb
Tarix: 24-08-2019 20:37 | Bölmə: Cəmiyyət
Qəzet redaktorunun şübhəli ölümü sosial medianı çalxalayıb

Şair-publisist, “əl-Xəlic” qəzetinin redaktoru Həbib əl-Sayeqin qəfil ölümü mübahisələrə səbəb olub.

Reyting.az
“Fars” agentliyinə istinadla xəbər verir ki, əl-Sayeqin vəfatı xəbərindən sonra bəzi sosial media fəalları bunu onun son yazısı ilə əlaqələndiriblər.

Belə ki, “əl-Xəlic”dəki son yazısında o, ərəb liderlərinin İsraillə münasibətlərini normallaşdırmasını kəskin tənqid edib.

Sosial media fəalları bu məqaləyə görə hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşmüş Həbib əl-Sayeqin qəfil ölümündə BƏƏ hökumətini ittiham edirlər.

"Həbib əl-Sayeq İsraillə münasibətləri normallaşdırmaqdan imtina etdiyi üçün öldürüldü", - deyə bir fəal yazıb.




Bölməyə aid digər xəbərlər
Dünən, 14:30 Sabah yağış yağacaq