18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Ədliyyə işçiləri məhkumun qaçmasına niyə göz yumublar? - Bakıda şok olay
Tarix: 06-09-2019 17:46 | Bölmə: Cəmiyyət
Ədliyyə işçiləri məhkumun qaçmasına niyə göz yumublar? - Bakıda şok olay

Quba rayonunun 9 nömrəli koloniya-qəsəbəsinin məhbusu Səbail rayonu ərazisində yoxa çıxıb.

Reyting.az
xəbər verir ki, bu barədə Oxu.az-a hüquq-mühafizə orqanlarından bildirilib.

Bakı sakini 1994-cü il təvəllüdlü Rzayev Emil Zülfi oğlunu sonuncu dəfə avqustdun 23-də, saat 02:00 radələrində, Salyan şosesindəki 17 nömrəli binanın qarşısında görüblər.

E.Rzayev nömrəsi bilinməyən "Audi Q7" markalı maşına minərək naməlum istiqamətdə hərəkət edib. Polislər maşının qaçırıldığını ehtimal edirlər.

Qeyd edək ki, 2017-ci ildə E.Rzaev odlu silahın qanunsuz daşınması və saxlanılmasında, eləcə də dələduzluqda ittiham olunaraq həbs edilib.

Məhbus paytaxta avqustun 22-də müalicə almaq niyyəti ilə gəlib.

Hazırda polis əməkdaşları axtarışları davam edir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər