16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Bakının 42 məktəbində STEAM layihəsinin tətbiqinə başlanılıb
Tarix: 17-09-2019 14:59 | Bölmə: Cəmiyyət
Bakının 42 məktəbində STEAM layihəsinin tətbiqinə başlanılıb

Təhsil Nazirliyi Bakı şəhərində yerləşən 42 ümumi təhsil müəssisələrində STEAM layihəsinin tətbiqinə başlayıb.

Nazirlikdən Reyting.az-a verilən məlumata görə, layihə çərçivəsində müəyyən edilmiş məktəblər üzrə tədrisə, ümumilikdə, 6000-dən çox 6-cı sinif şagirdləri cəlb edilir.

Layihənin tətbiq edildiyi ümumi təhsil müəssisələri Təhsil Nazirliyi tərəfindən zəruri təlim avadanlığı və inventarlarla təmin edilib. STEAM təhsilinin tədrisi məqsədilə 34 məktəbdən 104 müəllim sentyabrın 2-14-də peşəkar heyət tərəfindən keçirilən təlimlərdə iştirak ediblər.

Eyni zamanda layihə ilə əlaqədar nazirlik tərəfindən steam.edu.az portalı da istifadəyə verilib. Portalda STEAM təhsili üzrə yeniliklər, layihə üzrə görülən işlər və gələcək tədbirlər barədə məlumatlar yerləşdiriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}