Sabah iki rayonda qaz olmayacaq
Tarix: 03-10-2019 19:16 | Bölmə: Cəmiyyət
Sabah iki rayonda qaz olmayacaq

Sabah səhər saat 10:00-dan etibarən Abşeron rayonu Masazır qəsəbəsini təbii qazla təmin edən orta təzyiqli qaz kəməri üzərində quraşdırma işlərinin aparılması planlaşdırılır.

“Azəriqaz” İstehsalat Birliyindən Reyting.az-a verilən məlumata görə, buna görə qəsəbənin qaz təchizatında fasilələr yaranacaq.

Bundan başqa, sabah saat 10:00-dan etibarən işlər başa çatanadək SOCAR-ın Qaz İxrac İdarəsi yüksək təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işlərini icra edəcək və bu müddətdə Zərdab rayonunun mərkəzi və bir neçə yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}