16:37 / 18-10-2025
Vatikan zəfəri - Foto
Azərbaycanlı tələbənin qətlə yetirilməsi ilə bağlı Ukraynaya nota göndərilib
Tarix: 15-10-2019 13:18 | Bölmə: Cəmiyyət
Azərbaycanlı tələbənin qətlə yetirilməsi ilə bağlı Ukraynaya nota göndərilib

Bir neçə gün öncə Kiyevdə Azərbaycan vətəndaşı Cavid Hacıyevin qətlə yetirilməsi faktı ilə əlaqədar olaraq Ukraynanın hüquq-mühafizə orqanlarına nota göndərilib.

Bu barədə Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib.

"Cinayəti törətməkdə şübhəli bilinən Əli Abdullayevin tezliklə tutularaq məhkəmə qarşısına çıxarılması üçün beynəlxalq axtarış elan edilib, əməliyyat-axtarış tədbirləri və işin gedişatı səfirliyin tam nəzarətində saxlanılır", - deyə, səfirlikdən bildirilib/Report.

Qeyd edək ki, öldürülən Cavid Hacıyev Kiyevdə tələbə olub.




Bölməyə aid digər xəbərlər
15-10-2025, 13:04 Sabah yağış yağacaq