Suriyadakı döyüşçüləri hərbi ləvazimatla təchiz edən azərbaycanlılara hökm oxundu
Tarix: 03-11-2019 00:40 | Bölmə: Cəmiyyət
Suriyadakı döyüşçüləri hərbi ləvazimatla təchiz edən azərbaycanlılara hökm oxundu

Moskva hərbi məhkəməsində guya paxlava istehsalı ilə məşğul olsalar da, ancaq çox vaxt Suriyadakı yaraqlıları hərbi ləvazimatla təchiz edən Azərbaycandan olan iki biznesmenə hökm oxunub.

Reyting.az
Rusiya KİV-lərinə istinadla bildirir ki, Rasim Baxşıyev və Elşad Yaqubovun hərəsi 6 il azadlıqdan məhrum olunublar. Onları 2018-ci ilin avqust ayında Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları saxlayıblar.

Məlumata görə, biznesmenlər özlərinin Türkiyədəki biznes tərəfdaşına böyük məbləğlərlə hesablanan (30 milyon) termal kamera, nişangahlar, binokllar göndəriblər. Onlar hərbi ləvazimatları Moskvadan alıblar. Həmin təchizat ləvazimatlarını Türkiyədən terror qruplaşmaları üçün Suriya ərazisinə göndərilib.

Həmin avadanlıqlar 2018-ci ilin fevral ayında yaraqlılarda Rusiya hərbçiləri tərəfindən aşkar olunub. Hərbçilər onları Federal Təhlükəsizlik Xidmətinə təqdim ediblər. Seriya nömrəsi ilə təchizatın Moskvadan edilməsinin izinə düşülüb.

Məlumata görə, Baxşiyev və Yaqubov guya istintaqa fəal kömək edərək inandırmağa çalışıblar ki, onların satdıqları avadanlıqların hara getməsindən xəbərsiz olublar. Vəkilləri isə iddia ediblər ki, bu avadanlıqların xaricə satılması üçün hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətdən lisenziya alınması lazım deyil.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər