Tələbələrin kartından pul necə oğurlanıb? - Universitet açıqlama yaydı
Tarix: 11-11-2019 16:57 | Bölmə: Cəmiyyət
Tələbələrin kartından pul necə oğurlanıb? - Universitet açıqlama yaydı

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələrinin kartından oğurlanan pullar tezliklə geri qaytarılacaq.

Reyting.az
xəbər verir ki, bu barədə UNEC açıqlama yayıb.

Bildirilib ki, 2 tələbənin kartından ümumilikdə 232 manat məbləğində vəsait silinib: "Ötən həftə təqdimatı olan "Smart Tələbə Kartı” ilə bağlı "”Xəzər TV” süjet hazırlamışdı. Həmin süjetdə kartların göstərilməsi zamanı gizli saxlanılmalı olan hissələr də açıq şəkildə nümayiş olunmuşdu. Bundan sonra isə bir nəfər həmin kart məlumatlarından istifadə edərək "aliexpress.com” saytından alış-veriş edib. Bəzi saytlar var ki, onlar "3D" təhlükəsizlik şifrəsi tələb etmir. "aliexpress.com" saytı da belələrindəndir. Ona görə, bu kartdan orada istifadə etmək asan olub. Prezident təqaüdçüsü olan iki qız tələbəyə məxsus kartların 1-dən 210, digərindən isə 22 manat məbləğində ödəniş olunub. Artıq həmin şəxs müəyyənləşib. Hazırda həmin vəsaitlərin geri qaytarılması üçün müraciət olunub və vəsait tezliklə geri qaytarılacaq”.

Xatırladaq ki, "Kapital Bank” ASC, "MasterCard” və UNEC-in birgə təşəbbüsü ilə hazırlanan "Smart Tələbə Kart”ları özündə bir neçə funksiyanı birləşdirir. Bu həm tələbə, həm təqaüd, həm debet kartıdır. Gələcəkdə isə həmin kartlardan nəqliyyatda ödənişlər üçün də istifadə ediləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}