Bu il 934 şəhid ailəsinə və əliliyi olan şəxslərə pulsuz mənzillər veriləcək - Nazir
Tarix: 13-11-2019 17:17 | Bölmə: Cəmiyyət
Bu il 934 şəhid ailəsinə və əliliyi olan şəxslərə pulsuz mənzillər veriləcək

“Azərbaycanda minimum pensiya 1 il ərzində 116 manatdan 200 manata çatdırılıb. Davamlı olaraq bununla bağlı iş aparılır. İlk dəfə olaraq, Azərbaycanda minimum pensiya yaşayış minimumunun üzərində oldu”.

Reyting.az
xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, pensiya alan bir çox şəxslərə, xüsusilə də əlilliyi olanlara əlavə müxtəlif təqaüdlər ödənilir. Məsələn, Qarabağ münaribəsi əlilliyi olan şəxslərə 250 manata qədər müstəlif təqaüdlər ödənilir, digər əliliyi olan şəxslərə 100 manat və bu kontingent kifayət qədər genişdir.

Nazir diqqədə çatdırıb ki, pensiya alan şəxslər arasında təxminən 400 min nəfəri əlavə təaqüdlər də alır: “Bu proses davamlı olacaq, Azərbaycanda minimum penisyanın artırılmasına dair işlər görüləcək”.

Nazir əlavə edib ki, Azərbaycanda bütün imtiyazlı şəxslərin mənzil təminatı həm səlahiyyət, həm də məsuliyyət olaraq yerli icra hakimiyyətlərindədir: “Yalnız 2014-cü ilə qədər mənzil növbəsinə duran Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil təminatı cənab Prezidentin müvafiq sərəncamı ilə ƏƏSMN-a tapşırılıb. 2014-cü ilin yanvarın 1-dək növbəyə duran insanların adlı siyahısı yerli icra hakimiyyətləri tərəfindən tutularaq, nazirliyə təqdim edilib”.

S. Babayev söyləyib ki, təkcə bu il 934 şəhid ailəsinə və əliliyi olan şəxslərə mənzillər təqdim ediləcək: “Cari ilin sonuna gözləntimiz təxminən növbədə qalan 3 min insanın mənzil təminatı ehtiyacının olmasına dairdir. Növbəti il bu proqram daha genişləndirilərək həyata keçiriləcək. Cənab Prezidentin niyyəti 2-3 il ərzində növbədə duran insanların mənzillə təminatının tam şəkildə həll edilməsindən ibarətdir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər