Təhsil Nazirliyi: "Nöqsanlara yol verən direktorla bağlı ciddi addımlar atılacaq"
Tarix: 12-12-2019 14:49 | Bölmə: Cəmiyyət
Təhsil Nazirliyi: "Nöqsanlara yol verən direktorla bağlı ciddi addımlar atılacaq"

"Səmərəli fəaliyyət göstərən direktorlarımız çoxdur. Amma nöqsanlara yol verən direktorları da cəzalandırmaqdan çəkinmirik. Nöqsanlara yol verən direktorla bağlı məlumat daxil olarsa, bununla bağlı müvafiq addımlar atılacaq".

Reyting.az xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hər hansı direktor işlədiyi müəssisədən asılı olmayaraq əgər idarəetmədə qanunlara istinad etmirsə, qanunun və mövcud qaydaların tələblərini pozursa, Təhsil Nazirliyi bu barədə qanunvericiliyə uyğun şəkildə müvafiq addımlar atır, intizam tənbehləri, hətta işdən kənarlaşdırma tədbirləri də həyata keçirir: "Bu mənada məktəb böyük müəssisədir və məktəbdaxili münasibətləri idarə etmək asan deyil. Amma məktəb direktoru üzərinə düşən məsuliyyəti başa düşməlidir. Hər bir məktəb direktoru məsuliyyətini yaxşı dərk etməlidir. İstər şagirdlərin sağlamlığının, təhlükəsizliyinin qorunması, istərsə də sağlam psixoloji mühitin, məktəb-valideyn münasibətlərinin yaradılmasının vacibliyini başa düşüb işini bu müstəvidə qurmalıdır".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər