21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
TƏBİB Ağdaşda virus epidemiyası xəbəri ilə bağlı açıqlama yayıb
Tarix: 19-02-2020 15:53 | Bölmə: Cəmiyyət
TƏBİB Ağdaşda virus epidemiyası xəbəri ilə bağlı açıqlama yayıb

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) Ağdaş rayonunda çox sayda insanda kəskin bronxit, suçiçəyi və digər xəstəliklərin olmasına münasibət bildirib.

TƏBİB-dən Reyting.az-a verilən məlumata görə, fevralın 18-də Ağdaş rayonunun Abad kəndində 7-18 yaş uşaqların müayinəsi təşkil olunub.

Qeyd olunub ki, müayinə olunan 271 uşaqdan 236 nəfərə praktik sağlam, 31 nəfərə kəskin bronxit, KRVİ, 4 nəfərə isə suçiçəyi diaqnozu qoyulub, stasionar yatışa göstəriş olmayıb:

“Abad kəndində müayinə nəticələri Ağdaş Rayon Mərkəzi Xəstəxanasının və rayon Gigiyena Epidemioloji Mərkəzinin rəhbərliyi tərəfindən dəyərləndirilib, kəskin təhlükə törədən virus epidemiyası halına rastlanmayıb”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər