21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Cəlilabadda xəstəxanaya 29 nəfər daxil olub – Koronavirus şübhəsi ilə
Tarix: 26-02-2020 14:57 | Bölmə: Cəmiyyət
Cəlilabadda xəstəxanaya 29 nəfər daxil olub – Koronavirus şübhəsi ilə

Bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına həkim müayinəsi üçün 29 nəfər daxil olub.

Reyting.az
xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.

Həmin şəxslərin səhhətində hər hansı problem aşkarlanmayıb. Onların İrandakı xəstəlik alovlanan ərazidə olub-olmadıqları araşdırılır.

Qeyd olunub ki, dünən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına həkim müşahidəsi üçün 23 nəfər yerləşdirilib. Hazırda ümumilikdə, 52 nəfərdən 2-nin hərarəti normadan bir qədər yüksəkdir. Həkim müşahidələri davam edir.

Birgə məlumatda ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılması, süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələrdə yayılan yalan məlumatlara inanmamaq xahiş olunur.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər