21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Azərbaycan hökuməti koronavirus şübhəsi ilə karantində olanların dəqiq sayını açıqlamır
Tarix: 29-02-2020 11:01 | Bölmə: Cəmiyyət
Azərbaycan hökuməti koronavirus şübhəsi ilə karantində olanların dəqiq sayını açıqlamır

Azərbaycanda koronavirus şübhəsi ilə karantində olan şəxslərin sayı ilə bağlı dəqiq məlumat verilmir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, karantində olan şəxslərin sayı ilə bağlı dəqiq məlumat vermək çətindir.

Operativ Qərargah xüsusilə bildirir ki, sərhədlərimizdə vətəndaşlarımızın kütləvi şəkildə ölkəyə qayıtması artıq dayanıb: “Vətəndaşlarımız artıq geri dönüblər və hal-hazırda kütləvi axın yoxdur. Lakin karantin müddəti bitməyən şəxslərin müşahidə altında saxlanılması davam edir. Bugünkü gündə bu saata qədər karantində olan şəxslərdən götürülən nümunələrdə yeni pozitiv nəticə yoxdur. Əgər hər hansı şəxsdə pozitiv nəticə qeyd alınarsa, bu barədə ictimaiyyət mütləq məlumatlandırılacaq. Koronavirus faktı təsdiqlənmiş Rusiya vətəndaşının vəziyyəti hal-hazırda stabildir, heç bir ağırlaşması yoxdur, dəstəkverici müalicəsi davam edir".

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər