21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Bakı metrosunda koronavirusla bağlı "Qaynar xətt" yaradılıb
Tarix: 02-03-2020 17:29 | Bölmə: Cəmiyyət
Bakı metrosunda koronavirusla bağlı "Qaynar xətt" yaradılıb

Fevralın 21-dən "Bakı Metropoliteni" QSC-nin bütün obyektlərində və qatarlarda koronovirus infeksiyasına qarşı əks-epidemik profilaktik tədbirlər - dezinfeksiya işləri aparılmaqdadır.

Reyting.az
xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, müvafiq lisenziyası olan şirkətlə bağlanmış müqaviləyə uyğun olaraq, hazırlanan tədbirlər planına əsasən, "Bakı Metropoliteni"nin müvafiq struktur vahidi işçilərinin nəzarəti altında şirkət tərəfindən "Nərimanov" elektrik deposunda qatarların ətraflı dezinfeksiyası tam olaraq yerinə yetirilib və ikinci dövrə üzrə dezinfeksiya işlərinə başlanılıb və davamlı olaraq aparılacaq. Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, dezinfeksiya işləri vaqon salonunun bütün hissələrini əhatə edir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər