18:34 / 16-12-2025
“Süni intellekt haqqında” qanun tətbiq olunacaq
18:26 / 16-12-2025
Dünya bazarında qızıl ucuzlaşır
18:02 / 16-12-2025
Bu şəxslər dövlət rüsumundan azad olunacaq
17:49 / 16-12-2025
Abdulla: Yeni “Klinik A” teatrında tamaşa yox, seans olacaq - Müsahibə
17:43 / 16-12-2025
Bakı 2026-cı il Dünya İdman Paytaxtı elan olunub
17:24 / 16-12-2025
Deputatlar daha 12 qanuna dəyişiklik edəcək
17:06 / 16-12-2025
Tülin Ələkbərova və tələbəsi ilə bağlı qərar verilib
16:41 / 16-12-2025
Baş nazir: Bondidəki hücum İŞİD ideologiyasından ilhamlanıb
16:25 / 16-12-2025
Ərdoğan: "Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalamağa yaxındır"
16:18 / 16-12-2025
TRIPP dəhlizi rəsmi Tbilisini niyə qıcıqlandırır?
15:59 / 16-12-2025
Məşhur kinorejissor milyarderlərin sırasına qoşulub
15:43 / 16-12-2025
"Qarabağ" cərimələnib
15:34 / 16-12-2025
Deputat: “Acınacaqlıdır ki, qadınlarımız da siqaretdən istifadə edir”
15:34 / 16-12-2025
Bəşər Əsəd sirləri açmaq istəyir
15:12 / 16-12-2025
Naməlum obyekt sürətlə Yerə yaxınlaşır
15:10 / 16-12-2025
General-mayor vəzifəsindən azad edilib
14:55 / 16-12-2025
Regional Təhsil İdarəsinin müsadirə olunan əmlaklarının çoxu qaytarılıb
14:37 / 16-12-2025
Rusiya müvəqqəti Milad atəşkəsini rədd edir
14:35 / 16-12-2025
Prezident İlham Əliyev amnistiya elan edib - (Yenilənib)
14:33 / 16-12-2025
Cəmil Həsənli yenə Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb
14:32 / 16-12-2025
Erməni vitse-spiker: Rusiyanın “Tramp marşrutu”nda iştirakı müzakirə mövzusu deyil
14:19 / 16-12-2025
Xocalının daha iki kəndinə köç olub - (Yenilənib) - Fotolar
14:15 / 16-12-2025
Azərbaycanın neft ixrac etdiyi ölkələr - Siyahı
14:02 / 16-12-2025
Avropada həyəcan təbili çalınır
13:15 / 16-12-2025
Əjdər Olun müraciəti rədd olunub
13:08 / 16-12-2025
ABŞ ordusu Venesuelaya hücuma hazırlaşır
13:06 / 16-12-2025
Qənimət Zahidə ittiham aktı elan olunub
12:45 / 16-12-2025
Vergi Məcəlləsinə dəyişiklik olunub
12:29 / 16-12-2025
Sabah hava necə olacaq? - Proqnoz
14:17 / 15-12-2025
Prezident ali hərbi və ali xüsusi rütbələr verib - Siyahı
18:20 / 14-12-2025
Pənah Hüseyn sədr vəzifəsindən istefa verib - Fotolar
14:51 / 12-12-2025
Ağdərə rayonuna növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
14:35 / 16-12-2025
Prezident İlham Əliyev amnistiya elan edib - (Yenilənib)
17:29 / 12-12-2025
Çinə qarşı yeni koalisiya formalaşdırılır
11:26 / 13-12-2025
NATO ölkələri Rusiya vilayətinin ilhaq planını hazırlayıb
15:02 / 15-12-2025
Prezident yeni Təşkilat Komitəsi yaradıb - Sərəncam
00:20 / 12-12-2025
İlham Əliyev Ümummilli Liderin anım günü ilə bağlı paylaşım edib - Foto
14:41 / 15-12-2025
Yetirməmlə fəxr edirəm - Professor yazır
08:17 / 15-12-2025
Berlində ABŞ-Ukrayna danışıqları bu gün davam edəcək - Yenilənib
10:36 / 13-12-2025
Lionel Messinin 21 metr hündürlüyündəki heykəli nümayiş olunub
14:07 / 12-12-2025
Tramp: Ukrayna münaqişəsi III Dünya Müharibəsinə səbəb ola bilər
Azərbaycan şirkəti “dron sürüsü” yaradır
Tarix: 05-03-2020 16:38 | Bölmə: Cəmiyyət

Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın şimalında aparılan “Bahar qalxanı” əməliyyatında kamikadze dron sürülərindən istifadə edilməsi son günlər Azərbaycan da daxil olmaqla, xarici ölkələrin KİV-lərində müzakirə olunur. Dünya hərb tarixinə kamikadze dronların sürü halında hücumlarını ilk dəfə reallaşdırdığı iddia olunan Türkiyə Silahlı Qüvvələri bununla da yeni bir səhifəni açmış oldu.
“AzeriDefence”nin məlumatına görə, 1500-2500 metr uzaqlıqda yerləşən Suriya Ordusunun bölmələrinin üzərinə “Karğu” adlı kamikadze dronların sürü halında göndərilməsi nəticəsində Suriya Ordussu çox sayda canlı qüvvə və zirehsiz texnikasını itirib.
Qeyd edək ki, bir mərkəzdən idarə edilən dron sürüləri süni zəkanın, üz və obyekt tanıma kimi qabaqcıl alqoritmləri sayəsində hücum ediləcək hədəfləri özləri seçir və hədəfə taran etməklə, yaxud bəlli məsafədə özünü partlatma üsulu ilə hədəfi məhv edir.
Hərbi ekspertlərin sözlərinə görə, 2016-cı ilin aprel ayında baş vermiş 5 günlük müharibədə Azərbaycan Ordusu da bu gün Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində PUA-lar ilə tətbiq etdiyi kamikadze hücumlarından istifadə edib. DSX-nin “Harop” zərbə PUA-ları ilə etdiyi hücumlar zamanı düşmənin çox sayda canlı qüvvəsi, cəbhəyə könüllüləri daşıyan avtobusu, hərbi hissənin kazarması, komanda-idarəetmə mərkəzi, artilleriya mövqeləri məhv edilib. Ekspertlər hesab edirlər ki, Azərbaycan Ordusu Türkiyənin mütərəqqi texnologiyalarından və Suriyada apardığı döyüş təcrübəsindən gələcəkdə özünün döyüş əməliyyatlarında yararlana bilər.
Ekspert: Türkiyə dron hücumları ilə Rusiya istehsalı olan ZRK-nin effektivliyini sual altında qoydu
PUA-ların sürü və ya qrup şəklində istifadəsinin yeni perspektivli bir istiqamət kimi meydana çıxdığını deyən Müdafiə Nazirliyinin Raket-Artilleriya Silahları Xidmətinin sabiq rəisi Əhəd Əzizov “Azeri Defence”yə açıqlamasında bildirib ki, dron sürüsünün təşkil edilməsinin əsas prinsipi kimi kiçik bir məkanda bir-birinə mane olmadan uçan minlərlə böcəklərin hərəkəti götürülüb.
Bu tətbiq üsulu isə öz növbəsində əsasən kiçik ölçülü dronlarda geniş istifadə olunur. Dronlar qrupda (sürüdə) birləşdikdən sonra onların hər biri avtomatik olaraq idarə edilir, qrupun ümumi fəaliyyətinə isə avtonom şəkildə süni zəka elementlərinə malik proqram təminatı və ya bilavasitə operator tərəfindən nəzarət edilir.
Suriyanın şimal-qərbindəki İdlibdə həyata keçirilən “Bahar qalxanı” hərakatında Türkiyə Silahlı Qüvvələrinin PUA-lardan istifadəsini şərh edən Ə. Əzizovun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri ilk dəfə PUA və silahlı PUA-nı birlikdə sürü halında tətbiq etməklə, həmçinin artilleriya birləşmələri ilə koordinasiyalı şəkildə Bəşər Əsəd rejiminin çoxsaylı hədəflərini məhv edib. Döyüş fəaliyyətləri zamanı havaya eyni anda onlarla “kamikadze dron” qaldırılıb və rejim qüvvələrinin bazalarına, silah-sursat anbarlarına, bundan başqa bir neçə texnikasına (zirehli və avtomobil), zenit-raket kompleksinə (ZRK), o cümlədən Rusiya istehsalı olan 96K6 “Pantsir-S1” özüyeriyən zenit raket-top kompleksinə zərbə endirilib: “Qeyd etmək istəyirəm ki, “Pantsir-S1” ZRTK bir sistem olaraq özü məhz mülki və hərbi obyektlərin, o cümlədən uzaq mənzilli HHM vasitələrinin pilotsuz uçan aparatlar da daxil olmaqla bütün müasir və perspektiv hava hücumu vasitələrindən yaxın müdafiəsi üçün təyin edilib. Lakin bu hadisədən sonra hava hücumundan müdafiə üçün təyin edilmiş Rusiya istehsalı olan vasitələrin effektivlik məsələsi də böyük sual altına düşdü”.
Ə. Əzizovun sözlərinə görə, dronların böyük sürü halında tətbiq edilməsi nəticəsində tarixdə ilk dəfə olaraq böyük ərazini nəzarət altına almaq və çoxsaylı yerüstü hədəfləri məhv etmək mümkün olub. Bu ilki isə dünya hərb tarixinə qardaş Türk Silahlı Qüvvələri qızılı hərflərlə yazıb.
“Türkiyə Silahlı Qüvvələrinin istifadə etdiyi dronlar aşağı hündürlükdə uçurlar və hədəfə dərhal reaksiya verirlər. Üstəlik, bir neçə PUA eyni hədəfə müxtəlif istiqamətlərdən dərhal hücum edə bilir. Əslində onlardan heç bir qaçmaq da mümkün deyil, çünki asanlıqla binaya da uçaraq daxil olur və orada partlayırlar”, – deyə Ə. Əzizov vurğulayıb.
Son 30 ildə dünyanın müxtəlif regionlarında baş verən müharibələrdə dronların tətbiqi praktikasını təhlil edən Ə. Əzizovun sözlərinə görə, onlardan ən effektivlisi nisbətən yaxın məsafəyə uçan və çox da ağır olmayan döyüş sursatlarını daşıya bilən yüngül platformalardır. Bu droların əsas effektivliyi isə onların iqtisadi cəhətdən ucuz olması və yetirdiyi zərbənin dəqiqliyidir: “Belə dronlar hər uçuşu çox baha başa gələn güclü döyüş sursatı ilə silahlanmış ağır PUA-lara nisbətən daha dəhşətli gücü tərənnüm edir və böyük zərər verir. Yüngül dron sürüsündən müdafiə məqsədilə “S-300” (“S-400”) və ya “Patriot” kimi zenit-raket sistemlərini tətbiq etmək sərçəyə top atəşi atmaq kimi bir şeydir. Yüngül dron sürüsünə qarşı effektiv mübarizə aparmaq üçün digər vasitələr lazımdır. Burada isə etiraf etmək lazımdır ki, hazırki dövrdə dron sürüsünü 100%-lik ehtimalla məhv edəcək etibarlı sistemlər hələ mövcud deyil”.
Ə. Əzizov bildirib ki, PUA-ların qrup və ya sürü şəklində tətbiqinin bəzi üstünlükləri var. Bunları aşağıdakı kimi qruplaşdırmaq mümkündür:
tapşırıqlardan asılı olaraq daşınan faydalı yük bir neçə PUA arasında bərabər bölüşdürülür;
fors-major və ya qəza hallarında PUA və faydalı yük itkisi mühüm dərəcədə azalır;
çox sayda dronların fəzada yerləşdirilməsi və fasiləsiz qarşılıqlı əlaqəsi nəticəsində hədəfin (ərazinin) koordinatlarının dəqiqliyi yüksəlir;
havada uçuş trayektoriyasından asılı olaraq dronların yer səthinə nisbətdə fərqli görmə bucaqlarına görə daima yenilənən nəticələr əldə olunur;
zəruri qərarın qəbul edilməsi üçün tələb olunan nəticələrin əldə olunması müddətləri sürətlənir.
“Bir çox hallarda PUA dedikdə, adətən insan elə təsəvvür edir ki, havada asqılarında idarə olunan döyüş sursatları asılmış kifayət qədər böyük ölçülərə malik obyekt uçur. Əlbəttə ki, böyük dronlar da olduqca uğurlu işləyir və döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirirlər. Ancaq indi piyadalarda sürü şəklində patrulluq edən, kiçik (yüngül zirehli və zirehsiz) texnikaları və şəxsi heyəti belə demək olarsa “incə təmizləmə rejimində” məhv edən müasir “kamikadze dron”lar daha çox qorxu yaradır. Suriyada rejim qüvvələri ilə mübarizədə Türkiyə Silahlı Qüvvələrinin sürü şəklində tətbiq etdiyi dronlar sırasında “Karğu” kiçik ölçülü “kamikadze dron”u özünəməxsus yerə malikdir”, – deyə Ə. Əzimov əlavə edib.
“Karğu” multikopteri Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sifarişi əsasında Türkiyənin STM (Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş.) şirkəti tərəfindən hazırlanmış avtonom “gəzən sursat”dır. Sutkanın gündüz və gecə vaxtı kəşfiyyat və hücum əməliyyatlarının keçirilməsi üçün nəzərdə tutulan “Karğu” bir əsgər tərəfindən daşına və idarə oluna bilir. Hədəfin təyin olunması, ona hücum edilməsi, tapşırığın icra prosesində hədəfin dəyişdirilməsi və yaxud hücumdan imtina edilməsi kimi funksiyalara malik “Karğu” dronunun yenilənmiş versiyasında təyin edilmiş məsafədə partlatma, habelə sürü halında hücum, üz tanıma kimi müasir alqoritmlər tətbiq edilib. “Karğu” 0,3-1,0 kq ağırlıqda faydalı yük, o cümlədən partlayıcı maddəli döyüş başlığı daşıya və hədəfə 45 dərəcə bucaq altında hücum edə bilir. “Karğu”nun əsas özəlliyi, asimmetrik hərbi və anti-terror əməliyyatlarında, xüsusilə terror təhlükəsi və ya təhdidi baxımından şəxsi heyət həmin bölgəyə girməzdən əvvəl bu bölgədəki təhdidləri dərk etməyə və aradan qaldırmağa imkan verən sistem olmasıdır:
“Bu imkanlardan ərazidə olan şəxsi heyət asanlıqla istifadə edə bilirlər. Onlara bunun üçün heç bir komanda mərkəzi və cihaz lazım deyil. İstəsələr, bu təhlükəni aradan qaldırmaq üçün özləri ilə birlikdə apardıqları partlayıcı maddələrdən istifadə edə bilirlər. Bu mənada STM şirkətinin öz məhsulu ilə anti-terror əməliyyatlarına əhəmiyyətli bir töhfə verdiyi düşünülür. İlk dəfə real döyüş şəraitində müvəffəqiyyətlə istifadə olunan “Karğu”, onlarla drondan ibarət sürü halında vəzifələri öz aralarında bölüşməyi və döyüş tapşırıqlarını uğurla yerinə yetirməyi bacarmışdır”.
“Azeltech” anons verdi: dron sürüsü gəlir
Müxtəlif növ dronların və “gəzən sursat”ların layihələndirilməsi və yaradılması ilə məşğul olan “Azeltech” şirkəti yaxın aylarda özünün bir neçə belə məhsulunu hərbçilərin iştirakı ilə sınaqdan çıxarmağa hazırlaşır.
Bu barədə “Azeri Defence”yə açıqlamasında şirkətin direktoru Samir Süleymanov məlumat verib.
“Azeltech” şirkətinin dron qruplarının bir mərkəzdən idarə edilməsi və bu cür texnoloji vasitələrdə süni intellektin ikişaf etdirilməsi ilə bağlı işlər apardığını deyən şirkət rəhbərinin sözlərinə görə, artıq müəyyən mərhələ qət edilib.
“Aprel ayında radioelektron mübarizə vasitələrinin tətbiq edildiyi ərazilərdə, GPS olmadan uça bilən dronlarımızın və müxtəlif təyinatlı kamikadze PUA-nın sınaqlarını keçirməyi düşünürük. Növbəti mərhələdə isə dronların sürü şəkilində bir mərkəzdən idarə olunması və avtonom rejimdə hədəfin tanınması üçün işlər görüləcək. Bunu üçün xüsusi alqoritmlər işlənilir”- deyə Samir Süleymanov bildirib.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 18:02
Bu şəxslər dövlət rüsumundan azad olunacaq
Bu gün, 17:06
Tülin Ələkbərova və tələbəsi ilə bağlı qərar verilib
Bu gün, 12:29
Sabah hava necə olacaq? - Proqnoz
Bu gün, 12:16
İrandan Azərbaycana 31 kq narkotik keçirənlər saxlanılıb
Bu gün, 11:00
Xəstə uşaqların adı ilə dələduzluq edən şəxs saxlanılıb
Bu gün, 10:41
AHİK qurultay keçirir - Yenilənib
Bu gün, 10:11
Dağlıq ərazilərə qar yağıb
Bu gün, 09:51
Yardımlıda iranlı narkotacirlər saxlanılıb
Bu gün, 09:47
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub
Bu gün, 00:12
Zakir Qaralova ağır itki üz verib
Dünən, 18:01
Xəstədən pul tələb edən həkimlərə xəbərdarlıq olunub
Dünən, 17:51
Sumqayıtda 19 yaşlı qız dəm qazından ölüb
Dünən, 13:19
Sabah leysan yağacaq - Xəbərdarlıq
Dünən, 12:29
Sabah yağış yağacaq - Proqnoz
Dünən, 10:13
41 yaşlı məntəqə sədri faciəvi şəkildə ölüb
14-12-2025, 14:48
Sabah qar yağacaq
13-12-2025, 21:27
Elbəyi Kərimli həbsdə vəfat edib
13-12-2025, 17:07
Sabah Bakıya sulu qar yağacaq - Proqnoz
13-12-2025, 12:48
Bakıda quldurluq edən şəxs Tərtərdə tutulub
12-12-2025, 18:58
Naxçıvanda yas mərasimində kütləvi zəhərlənmə olub
12-12-2025, 17:44
Hava ilə bağlı daha bir - Xəbərdarlıq
12-12-2025, 17:08
Zal Yusifovun oğlunun cinayət işi məhkəmə baxışına verilib
12-12-2025, 16:47
Sabahdan havanın temperaturu 5-7 dərəcə enəcək - Xəbərdarlıq
12-12-2025, 16:01
İsrail məktəblərində smartfonu qadağan edəcəklər
12-12-2025, 15:48
Dövlət qulluqçularının təminatı ilə bağlı qanun dəyişir
12-12-2025, 12:53
Sabah yağış yağacaq - Proqnoz
12-12-2025, 12:44
“Qobu Park”dakı yanğında ölənlərin sayı 5-ə çatıb
12-12-2025, 11:33
3.5 milyonluq qalmaqal - Sahibkar hakim qarşısına çıxarılıb
12-12-2025, 10:38
Xalq şairi Nəriman Həsənzadə palataya köçürülüb
11-12-2025, 18:16
Alimlər həyəcan təbili çalır
11-12-2025, 15:38
Senator canlı yayımda jurnalisti təhqir edib
11-12-2025, 13:56
Bakıdakı məktəbdə 8 şagird saqqızdan zəhərlənib - Yenilənib
11-12-2025, 12:08
Axtarışda olan məşhur alim Polşada həbs edilib - Foto
11-12-2025, 11:08
Əhməd İsmayılov Suriyanın informasiya naziri ilə görüşüb - Foto
11-12-2025, 08:35
Sosial şəbəkələr intiharlara səbəb olur
10-12-2025, 18:59
Süni intellekt dövründə işsiz qalmamaq üçün nə etməli?
10-12-2025, 18:06
Bakıda din xadimlərinin forumu olacaq
10-12-2025, 16:03
Anasının bank kartından oğurluq edən şəxs saxlanılıb
10-12-2025, 12:21
Sabah yağış yağacaq
10-12-2025, 11:00
Nazirlik əhaliyə müraciət edib
10-12-2025, 10:07
Gəncədə orta məktəb şagirdləri dönərdən zəhərləniblər - Yenilənib

Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir