“Azərpoçt” beynəlxalq poçt göndərişlərinin qəbulunu dayandırır
Tarix: 16-03-2020 16:58 | Bölmə: Cəmiyyət
“Azərpoçt” beynəlxalq poçt göndərişlərinin qəbulunu dayandırır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qlobal pandemiya hesab etdiyi koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində bir sıra ölkələr arasında hava nəqliyyatı əlaqələri məhdudlaşdırılıb və mövcud reyslər təxirə salınıb. 

Reyting.az
xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, bununla bağlı beynəlxalq poçt göndərişlərinin ünvanı üzrə çatdırılması mümkün deyil. Odur ki, nazirliyə məxsus “Azərpoçt” MMC-nin tabeliyində olan poçt şöbələrində və “Şəbəkə” xidmət mərkəzlərində beynəlxalq poçt göndərişlərinin qəbulu bu gündən müvəqqəti dayandırılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}