16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Bakı Şəhər İcra Hakimiyyəti: "Dezinfeksiya işləri üçün heç bir vəsait tələb edilə bilməz"
Tarix: 29-03-2020 13:08 | Bölmə: Cəmiyyət
Bakı Şəhər İcra Hakimiyyəti: "Dezinfeksiya işləri üçün heç bir vəsait tələb edilə bilməz"

"Son günlərdə paytaxt rayonlarında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə aparılan dezinfeksiya işləri zamanı bəzi şəxslərın özlərini icra hakimiyyəti strukturlarının işçiləri kimi təqdim etməyə çalışaraq pullu xidmətlər göstərməyə cəhd etmələri barədə məlumatlar daxil olur".

Bakı Şəhər İcra Hakimiyyətindən Reyting.az-a verilən məlumata görə, dövlət balansında olan binalarda, binaların bloklarında, liftlərdə, həyətlərdə və ümumi istifadə yerlərinində dezinfeksiya işləri dövlət vəsaiti hesabına aparılır və bunun üçün heç bir vəsait tələb edilə bilməz.

Bakı Şəhər İcra Hakimiyyəti belə hallar mövcud olduğu təqdirdə, hüquq-mühafizə orqanlarına və ya aşağıda qeyd edilən qaynar xəttə müraciət edilməsini xahiş edir.

Qaynar xətt: (012) 492-63-11.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}