13:01 / 18-10-2024
Sabah yağış yağacaq
Azərbaycanın axtardığı şəxsi Ukraynanın çekistləri tapıb - Foto
Tarix: 10-04-2020 22:56 | Bölmə: Cəmiyyət
Azərbaycanın axtardığı şəxsi Ukraynanın çekistləri tapıb

Azərbaycanın beynəlxalq axtarışa verdiyi 51 yaşlı Maqsud Mahmudov Ukraynada saxlanılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik Nazirliyi məlumat yayıb.

Məlumata görə, M. Mahmudov ötən ilin noyabr ayından Ukrayna ərzisində gizlənib. O, bu müddətdə taksi xidmətindən istifadə edib və mütəmadi olaraq telefon nömrəsini dəyişib.

M. Mahmudovun Ukraynada siyasi mühacir statusu almaq niyyəti olub. Onun Kiyev şəhərində kirayədə yaşayırmış.

Təhlükəsizlik orqanlarının əməkdaşları M. Mahmudovu Kiyevin Qoloseyski rayonunda qaldığı mənzildə yaxalayıb.

Onun yaxın vaxtlarda Azərbaycana ekstradisiya olunacağı bildirilir.

M. Mahmudov daha əvvəl də fırıldaqçılığa görə həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, M. Mahmudov xaricdə Azərbaycan hakimiyyətinə təbliğat aparırdı.

Azərbaycanın axtardığı şəxsi Ukraynanın çekistləri tapıb




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:01 Sabah yağış yağacaq
Dünən, 12:42 Sabah yağış yağacaq
16-10-2024, 15:56 Kür çayında su artıb
15-10-2024, 12:56 Sabah yağış yağacaq
14-10-2024, 13:03 Sabah leysan yağacaq

{sape_links}{sape_article}