Marsda tapılan qaya alimləri təəccübləndirib - Foto
Tarix: 20-11-2025 17:13 | Bölmə: Cəmiyyət
Marsda tapılan qaya alimləri təəccübləndirib

"Perseverance" özüyeriyən gəmisi Mars planetində tərkibinə görə orada olması mümkün görünməyən iri bir qaya aşkar edib.

Reyting.az
xəbər verir ki, NASA-nın məlumatına görə, Vernodden bölgəsində tapılan və "Phippsaksla" adlandırılan, uzunluğu təxminən 80 santimetr olan bu qaya Mars üçün kifayət qədər iri sayılır və yüksək nikel-dəmirlə zəngindir. Bu isə əsasən planet nüvələrinə və asteroidlərə xas olan materialdır.

"SuperCam" spektrometri bu metalların tərkibini təsdiqləsə də, tədqiqatçılar hələlik Marsda tapılan bu qayanın meteorit olub-olmadığını dəqiqləşdirə bilmirlər.



Belə oxşar kosmik tapıntıları əvvəllər yalnız "Curiosity" roveri qeydə almışdı. Bu isə "Perseverance" üçün ilk belə kəşfdir.

Mütəxəssislər hələlik qayadan nümunə götürülüb-götürülmədiyi barədə açıqlama verməyiblər. Alimlərin fikrincə, hətta "Qırmızı planet"dən nümunə əldə edilsə belə, onların Yerə qaytarılması ən tez 2040-cı ildə mümkün ola bilər.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər