08:15 / 20-11-2025
Kit Kelloq vəzifədən gedir
Saxta sənədlə mer seçilən qadın insan alveri ilə məşğul olurmuş
Tarix: 20-11-2025 12:52 | Bölmə: Cəmiyyət
Saxta sənədlə mer seçilən qadın insan alveri ilə məşğul olurmuş

Filippinin Manila şəhərinin meri Alis Quonun saxta şəxsiyyət vəsiqəsi ilə mer seçildiyi ortaya çıxıb. O, Çin vətəndaşı olduğunu gizlədirmiş. Bundan sonra Quonun malikanəsinə basqın edilib və insan alveri ilə məşğul olan Çin vətəndaşı tərəfindən girov götürülmüş 700 nəfər xilas edilib.

Reyting.az
xəbər verir ki, Manila şəhərinin meri Alis Quo insanları qaçırmaqda, onları onlayn kazinosunda işləməyə və fırıldaqçılığa məcbur etməkdə ittiham olunur.

Lakin bu, keçmiş merin ən ağır cinayəti deyil. Filippin prokurorları Quonun saxta şəxsiyyət vəsiqəsi ilə mer vəzifəsiə namizəd olduğunu açıqlayıb. Bildirilir ki, o, Çin vətəndaşıdır.

2024-cü ilin mart ayında Quonun dəstəsi tərəfindən qaçırılan bir vyetnamlı işçi, saxlanıldığı kazino kompleksinə basqın etmək üçün polisə zəng edib.

Polis, lüks villalar və böyük bir üzgüçülük hovuzunun da yerləşdiyi geniş ərazidə 700-dən çox qaçırılan işçi tapıb. Sənədlər Quonun obyektə sahib olan şirkətin sədri olduğunu ortaya çıxarıb.

Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Komissiyasının sözçüsü deyib ki, Quonun və daha üç nəfər kompleks daxilində insan alveri ilə məşğul olublar.

Quonun məhkəməsindən sonra prokuror Olivia Torrevillas bütün təqsirləndirilən şəxslərin ömürlük həbs cəzası aldığını açıqlayıb.

Qeyd edilir ki, Quo Filippindən qaçdıqdan sonra 2024-cü ilin sentyabrında İndoneziyada tutulub.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər