16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Azərbaycana səfər edən Türkiyə vətəndaşlarından 90 gün viza tələb olunmayacaq
Tarix: 31-05-2020 12:40 | Bölmə: Cəmiyyət
Azərbaycana səfər edən Türkiyə vətəndaşlarından 90 gün viza tələb olunmayacaq

Azərbaycana səfər etmək istəyən Türkiyə vətəndaşları üçün viza tələbi 90 günə qaldırılıb.

Bununla bağlı Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində qeyd edilib.

Dəyişikliklə Azərbaycana 90 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv edilir.

Hazırkı qanunvericilikdə isə bu müddət 30 gündür.

Layihə Milli Məclisin mayın 31-də keçirilən plenar iclasında qəbul olunub/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}