09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
Məşhur şadlıq sarayının sahibi prokurorluğa verildi
Tarix: 24-06-2020 13:17 | Bölmə: Cəmiyyət
Məşhur şadlıq sarayının sahibi prokurorluğa verildi

Bakı şəhəri, Nizami rayonu “Neolit City” şadlıq sarayının ərazisində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyə daxil olan şikayət yerində araşdırılıb və fakt təsdiqini tapıb.

Nazirlikdən Reyting.az-a verilən məlumata görə, araşdırma zamanı Nizami rayonu, Mikayıl Əliyev küçəsi 3 ünvanında yerləşən “Neolit City” şadlıq sarayının ərazisində 30 müxtəlif cinsli ağacın kəsildiyi və təbiətə 37 380 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Faktla bağlı akt tərtib olunub. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

Xatırladaq ki, bu obyekt və onun sahibi Yaşar Məlikov haqda zaman-zaman mətbuatda qalmaqallı xəbərlər yayılıb. Hətta onun sonradan bu obyekti yüksək vəzifə sahiblərindən birinə satdığı haqda da dövriyyəyə məlumalar sızdırılıb.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər