09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
ÜST rəsmisi: "Hazırda 10 peyvəndin üzərində iş aparılır..."
Tarix: 25-06-2020 17:44 | Bölmə: Cəmiyyət
ÜST rəsmisi: "Hazırda 10 peyvəndin üzərində iş aparılır..."

"Koronavirus peyvəndləri üzərində iş gedir. Hazırda 10 peyvəndin üzərində iş aparılır. 1 peyvəndin üzərində iş isə sonuncu mərhələdir".

Reyting.az
xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, pandemiyanın sürəti artır: "Avropada vəziyyət yaxşılığa doğru gedir. Ancaq dünya üzrə ümumilikdə vəziyyət yaxşı deyil. Bu ilin sonunadək peyvənd tibb işçiləri və həssas qrupdan olan insanlar üçün əlçatan olacaq. Ümid edirəm ki, peyvənd 2020-ci ilin sonunda tibb işçiləri üçün əlçatan olacaq”.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər