Toy məclisi təşkil edənlər cərimələnib
Tarix: 26-06-2020 11:31 | Bölmə: Cəmiyyət
Toy məclisi təşkil edənlər cərimələnib

Ölkəmizdə karantin rejimi ilə bağlı məhdudiyyətlərə baxmayaraq, bəzi şəxslər nizam-intizamı pozur, pandemiya səbəbindən tətbiq edilmiş qadağalara əməl etmirlər.

Zərdab rayonun Alıcanlı kəndində 25 nəfərə yaxın şəxs toplaşaraq, toy məclisi təşkil edib, bununla da xüsusi karantin qaydalarını kobud şəkildə pozublar.

Reyting.az xəbər verir ki, bu barədə DİN-nin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları məclisdə iştirak edən 14 nəfəri saxlayıb. Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokollar tərtib edilərək məhkəmənin qərarı ilə 100 manat miqdarında cərimə ediliblər.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}