16:39 / 28-11-2024
Sabah qar yağacaq
Səfirlik: "Ermənistanın Serbiya istehsalı olan silahlardan istifadə etməsi ciddi araşdırılır"
Tarix: 21-07-2020 16:52 | Bölmə: Cəmiyyət
Səfirlik: "Ermənistanın Serbiya istehsalı olan silahlardan istifadə etməsi ciddi araşdırılır"

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hücum əməliyyatları zamanı Serbiya istehsalı olan silah-sursatlardan istifadə edilməsi ilə bağlı Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyi açıqlama yayıb.

Səfirlikdən Reyting.az-a bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hücum əməliyyatları zamanı Serbiya istehsalı olan silah-sursatlardan istifadə edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Xarici İşlər Nazirliyinin müvafiq təlimatları əsasında dərhal Serbiya Prezidentinin Amdministrasiyasına, Xarici İşlər Nazirliyinə, eyni zamanda ölkənin digər aidiyyəti dövlət qurumlarına məsələyə izah verilməsi, aydınlıq gətirilməsi məqsədilə rəsmi müraciətlər edilmiş və intensiv görüşlər keçirilməkdədir:

“Məsələ ilə bağlı Serbiya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb və Azərbaycan dövlətinin narazılığı onun diqqətinə çatdırılıb. Hazırda Serbiya rəhbərliyinin göstərişi ilə mahiyyəti üzrə ciddi araşdırmalar aparılmaqdadır və məlumat əldə edildikdən sonra ictimaiyyətə rəsmi açıqlama veriləcək”.




Bölməyə aid digər xəbərlər
Bu gün, 16:39 Sabah qar yağacaq
Bu gün, 12:08 Sabah yağış yağacaq
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər