16:39 / 28-11-2024
Sabah qar yağacaq
ÜST: "Pandemiya milyonlarla insanın psixi sağlamlığına güclü təsir edib"
Tarix: 27-08-2020 20:51 | Bölmə: Cəmiyyət
ÜST: "Pandemiya milyonlarla insanın psixi sağlamlığına güclü təsir edib"

Koronavirus milyonlarla insanın psixi sağlamlığına güclü təsir edib.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus brifinqdə deyib.

"Biz insanlar sosial varlıqlarıq və bütün səbəblərə görə bizim bir araya gəlmək istəməyimiz təbii və normaldır. Çoxlu yollar var ki, biz fiziki olaraq uzaq ola bilərik amma sosial cəhətdən bir-birimizə bağlı qalırıq. Bir çoxları üçün pandemiyanın səbəb olduğu sosial qarşılıqlı əlaqənin olmaması bu insanların psixi sağlamlığına güclü təsir göstərib. Pandemiya qorxu və narahatlıq baxımından milyonlarla insanın psixi sağlamlığına təsir edib. O psixi sağlıq xidmətlərinin fəaliyyətinə zərər verib", - deyə ÜST-ün baş direktoru bildirib.

Baş direktor əlavə edib ki, ÜST bu ilin sonunda psixi sağlamlığın təbliği mövzusunda virtual formatda qlobal tədbir keçirəcək/APA




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər