16:39 / 28-11-2024
Sabah qar yağacaq
Ombudsman 17 yaşlı qızın qaçırılmasını nəzarətə götürüb
Tarix: 29-08-2020 17:08 | Bölmə: Cəmiyyət
Ombudsman 17 yaşlı qızın qaçırılmasını nəzarətə götürüb

Son günlər sosial şəbəkələrdə Bərdə rayonunda yetkinlik yaşına çatmayan qızın qaçırılması ilə bağlı valideyninin müraciəti əsasında yayılmış məlumatlar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən nəzarətə götürülüb.

Bu barədə Ombusman Aparatı məlumat yayıb.

Bu məqsədlə, dünən Müvəkkil şəxsən yetkinlik yaşına çatmayanla telefon əlaqəsi saxlayıb, vəziyyəti ilə maraqlanıb, ona hüquqlarını bildirib, həmçinin hazırda yaşadığı ailədə olan insanlarla da danışıb.

Eyni zamanda, Ombudsman tərəfindən valideynin müraciətində əks olunan halların tam araşdırılması üçün müvafiq qurumlara müraciət edilib.

Nəticəsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər