19:14 / 01-07-2025
Zelenski Əliyevə zəng edib
Azərbaycanda koronavirusa yoluxanların və vəfat edənlərin sayı açıqlanıb
Tarix: 29-08-2020 17:26 | Bölmə: Cəmiyyət
Azərbaycanda koronavirusa yoluxanların və vəfat edənlərin sayı açıqlanıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 188 yeni yoluxma faktı qeydə alınıb, 115 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib:

"İndiyədək ölkədə ümumilikdə 36 174 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 576 nəfər müalicə olunaraq sağalıb, 529 nəfər vəfat edib, aktiv xəstə sayı 2 069 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 384, ötən müddət ərzində isə ümumilikdə 910 890 test aparılıb".




Bölməyə aid digər xəbərlər