09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Azərbaycanda daha 126 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib
Tarix: 31-08-2020 16:35 | Bölmə: Cəmiyyət
Azərbaycanda daha 126 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 126 yeni yoluxma faktı qeydə alınıb, 144 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Reyting.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada koronavirusdan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 36 435 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 847 nəfər müalicə olunaraq sağalıb, 534 nəfər vəfat edib, 2 054 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 042, bu günə qədər isə ümumilikdə 922 069 test icra olunub.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq