09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Azərbaycanda daha 139 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib
Tarix: 08-09-2020 16:36 | Bölmə: Cəmiyyət
Azərbaycanda daha 139 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 139 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, son sutkada 1 nəfər vəfat edib:

"İndiyədək ölkədə ümumilikdə 37 557 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 965 nəfər müalicə olunaraq sağalıb, 552 nəfər vəfat edib, aktiv xəstə sayı 2 040 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 798, bu günə qədər isə ümumilikdə 973 838 test icra olunub".




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq