09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə fərdi evlər verilib
Tarix: 09-09-2020 15:32 | Bölmə: Cəmiyyət
Bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə fərdi evlər verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Lənkəran rayonunda inşa etdirilmiş 14 fərdi yaşayış evi şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

Nazirlikdən Reyting.az-a verilən məlumata görə, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yaxşılaşdırılması ölkəmizdə aparılan sosial siyasətin əsas istiqamətlərindən biridir. Bu kateqoriyalardan olan vətəndaşların mənzillə təminatı işləri də getdikcə güclənir: "Hazırda Lənkəran rayonunda təqdim edilən fərdi evlər də daxil olmaqla, onlardan artıq 568 mənzil və fərdi ev (o cümlədən 554 mənzil, 14 fərdi ev) verilib. Digər mənzillər və fərdi evlər də ilin sonunadək veriləcək".




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq