08:12 / 19-10-2025
Azərbaycan diplomatiyasının Qızıl Dövrünə düşən 15 gün
07:56 / 19-10-2025
Zahid Oruc ittihamlarla razılaşmır
19:14 / 18-10-2025
İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul edib - Fotolar
18:04 / 18-10-2025
Rusiyalı bloqer evində ölü tapılıb
16:37 / 18-10-2025
Vatikan zəfəri - Foto
16:15 / 18-10-2025
ANAMA sədrinə I müavin təyin olunub
16:01 / 18-10-2025
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib
11:54 / 18-10-2025
İlham Əliyev “Kazinform”a müsahibə verib
11:14 / 18-10-2025
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açılıb
10:26 / 18-10-2025
Mehriban Əliyeva: "Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi..." - Foto
09:13 / 18-10-2025
Premyer Liqa: Bu gün daha iki görüş baş tutacaq
00:03 / 18-10-2025
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
23:44 / 17-10-2025
Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb - Foto
23:09 / 17-10-2025
Zelenski ilə Tramp Ağ evdə görüşüblər - Yenilənib
21:40 / 17-10-2025
"Qarabağ" "Turan Tovuz"a qalib gəlib
19:51 / 17-10-2025
Füzlinin intensiv inkişafı... - Şəfa Əliyev yazır
19:50 / 17-10-2025
Mehriban Əliyeva Roma Papası ilə görüşüb - Fotolar
19:38 / 17-10-2025
Deportasiyadan bəhs edən kitabın təqdimatı olub - Fotolar
19:17 / 17-10-2025
Macarıstan Putini həbs etməyəcək
19:11 / 17-10-2025
NATO Avropada dron təxribatlarına qarşı tədbirləri gücləndirib
18:53 / 17-10-2025
Kreml Donald Trampı çaşdırır
18:38 / 17-10-2025
Prezident yeni səfirlik təsis edib - Sərəncam
18:08 / 17-10-2025
Ceyhun Bayramov İƏT Əmək Mərkəzinin baş direktoru ilə görüşüb
18:02 / 17-10-2025
DİN-də kollegiya iclası keçirilib
17:55 / 17-10-2025
HƏMAS-İsrail sülhü davamlı olacaqmı?
17:16 / 17-10-2025
Azərbaycanın əsas neft ixrac etdiyi ilk 5 ölkə - Siyahı
16:57 / 17-10-2025
Ramiz Mehdiyev ev dustaqlığını bu villasında çəkir - Fotolar
16:46 / 17-10-2025
AMEA Ramiz Mehdiyevlə bağlı məhkəmə qərarını gözləyir
16:20 / 17-10-2025
Departament rəisi vəzifədən azad edilib
16:14 / 17-10-2025
Azərbaycan millisi FIFA reytinqində bir pillə irəliləyib
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

17:37 / 15-10-2025

14:10 / 16-10-2025

22:14 / 14-10-2025

16:01 / 18-10-2025

13:21 / 15-10-2025

11:33 / 16-10-2025

13:05 / 16-10-2025

23:49 / 15-10-2025

16:15 / 18-10-2025

11:59 / 15-10-2025

Qarabağ xanının övladları İranda böyük nüfuz sahibi olub
Tarix: 10-09-2020 15:20 | Bölmə: Cəmiyyət

Xanlıqlar dövrü Azərbaycan tarixinin ən maraqlı mərhələlərindən biridir. 1813 və 1828-ci ildəki müqavilələrdən sonra bu feodal dövləş quruluşları tədricən ləğv olunub. Xanlar kimi, onların övladlarının da taleyi fərqli olub, kimisi keşməkeşlər burulğanına düşüb, kimisi cah-calal içində yaşayıb.
Reyting.az “İİCHS”-ə istinadla xəbər verir ki, Qarabağ hakimi İbrahimxəlil xanın övladları da bu sırada istisna deyil. Onun ailəsinin kiçik üzvü Əbülfət ağa Qacar xanədanına sonadək sadiq qalmış şəxsdir. Qacar sarayında həmişə ehtiram sahibi olmuş Əbülfət ağa “Mötəmədüddövlə” ləqəbli oğlu Abbasqulu Cavanşir və Ağa Bəhram Xacə də zəmanələrinin böyük nüfuz sahibi olublar.
“İbrahimxəlil xan Cavanşirin kiçik oğlu Abbasqulu xan Cavanşir Mötəmədüddövlə, atası Əbülfət xan kimi, Məhəmməd şah və Nasirəddin şah Qacarın zamanında tanınmış şəxsiyyətlərdən idi, bir neçə dəfə vilayət və əyalətlərin hakimi olmuşdu…”. Bunu “İranın görkəmli şəxsiyyətlərinin tərcümeyi-halı” kitabında tarixçi Mehdi Bamdad qeyd edib. “Əbülfət xanın oğlu Abbasqulu xan Cavanşir hicri-qəməri 1251-ci ildə Kaşana hakim təyin edilib. Hicri-qəməri 1252-ci ildə Kaşan hökumətindən uzaqlaşdırılıb və onun əvəzinə Bəhmən Mirzə Bəhaüddövlə Kaşan hakimi olub”.
Abbasqulu xan bir müddət işsiz qalıb və hicri-qəməri 1257-ci ildə Fəzləli xan Qarabağinin yerinə Kirman hakimliyinə təyin edilib. Hicri-qəməri 1259-cu ilə kimi Kirman hakimi vəzifəsində qalıb. Hakimiyyət müddəti boyunca o, camaatla ədalətli rəftar edib, özündən əvvəlki məmurların və hakimlərin yol verdiyi zülm və pozğunluqların nəticəsini aradan qaldırmağa çalışıb. Nəhayət, hicri-qəməri 1259-cu ildə vəzifədən uzaqlaşdırılıb və bəylərbəyi kimi məşhur olan Fəzləli xan Qarabaği ikinci dəfə onun yerinə gətirilib.
Bamdad qeyd edir ki, Məhəmməd şahın vəfatından (hicri-qəməri 1264-cü il) sonra vəliəhdin Təbrizdən çıxıb Tehrana çatmasına kimi davam edən 45 gün müddətdə ölkənin idarəçiliyi Nasrəddin şahın anası, “Məhdi-ülya” ləqəbli Məlik Cahan xanımın əlində idi. O, idarəçilik işlərinə girişib, öz tərəfindən məmurlar və hakimlər təyin etdi. Bu böhranlı vaxtda əldə olunan məhsul məhv olmasın, dövlət qıtlığa və çətinliyə düçar olmasın deyə, işləri Abbasqulu xan Cavanşirə həvalə edir. Hicri-qəməri 1265-ci ildə o, Ərdəbil və Mişkin hakimliyinə təyin olunur, bu iki şəhərdə hakimliyi hicri-qəməri 1266-cı ilə kimi davam edir.
İran tarixçisi yazır ki, hicri-qəməri 1275-ci ildə Mirzə Ağaxan Nuri sədrlikdən (sədri-əzəm – Qacarlar dövründə şahdan sonra ölkənin ən mühüm dövlət başçılarından biri sayılırdı və təqribən Baş nazir vəzifəsinə uyğun idi) çıxarılandan sonra Nasirəddin şah 6 nazirlik yaratdı və ölkənin idarəsini bu 6 nazirin arasında bölüşdürərək, Ədliyyə naziri vəzifəsini Abbasqulu xanın öhdəsinə qoydu, ona “Mötəmədüddövlə” ləqəbini verdi. O, ömrünün sonuna, yəni hicri-qəməri 1278-ci ilə kimi həmin vəzifədə qaldı. 1276-cı ildə bu vəzifədən əlavə, Nasrəddin şahın həmin il təşkil etdiyi Ali Dövlət Şurasına üzv təyin olundu. Ölümündən sonra ləqəbi və vəzifəsi qardaşı Məhəmməd İbrahim xana verildi.
“Abbasqulu xan Mötəmədüddövlə ağıllı, ədalətli, siyasətcil, vüqarlı və kövrək adam idi. Başqa hakimlər kimi camaata o qədər də zülm və təcavüz etmirdi. Məhəmməd İbrahim xan əmiri-divan (məhkəmə sədri) və ya Divanxana naziri vəzifəsini qısa müddət daşıdı. Sonra vəzifədən kənarlaşdırıldı və elə həmin il keçmiş hacibüd-dövlə Hacı Əli xan Müqəddəm “Ziyaül-mülk” ləqəbi alaraq, onun yerinə keçdi”.
Tarixçi Nadir Mirzənin “Darüssəltənə Təbrizin tarix və coğrafiyası” kitabındakı qeydlər də maraqlıdır: “Məhəmməd İbrahim xan işdən çıxarıldıqdan sonra Nasrəddin şah həmin il onu yenidən “Mötəmədül-mülk” ləqəbi ilə ədliyyə məhkəməsinin fəaliyyətinin tənzimlənməsi üzrə məmur təyin edib. Həmin tarixdən etibarən, onun vəzifəsi “əmiri-divan”, ləqəbi isə “Mötəmədül-mülk” olub”.
Əbülfət xanın digər övladları da İranda vəzifə sahibi olublar. O cümlədən iki oğlu Təbrizdə “Qəhrəmaniyyə alayı”nın komandanlığına layiq görülmüşdü. Nadir Mirzə bu barədə yazır: “Naibüs-səltənənin səkkizinci oğlu Qəhrəman Mirzə… min iki yüz əlli [birinci] ildə Təbrizə gəldi… Qəhrəman Mirzə padşahsayağı hakimiyyətə malik idi… Bu şahzadə Təbriz cavanları arasından ən yaraşıqlılarını seçib bir alay yaratdı və ona “Qəhrəmaniyyə” adını verdi. Qoşunun komandanlığını Əbülfət xan Cavanşirin oğlu Məhəmməd Əli xana tapşırdı, kiçik qardaşı Məhəmmədqulu xanı da ona yardımçı təyin etdi”.
Hicri-qəməri 1314-cü il Rəcəb ayının 11-də, miladi 1896-cı il dekabrın 17-də, cümə axşamı günü Təbrizdə nəşr olunmuş “Nasiri” qəzetinin 29-cu sayında Məhəmmədqulu xanın vəfat xəbəri bu şəkildə verilib:
“Əbülfət xan Cavanşirin oğlu, İranın əzəmətli və şan-şöhrətli vəzifə sahiblərindən olan, gözəl xidməti sayəsində barmaqla göstərilən əmiri-tümən Hacı Məhəmmədqulu xan Hüsamüddövlə Rəcəb ayının 8-də sübh çağı, dövlətə 80 illik xidmətdən sonra podaqra xəstəliyi nəticəsində haqqın dəvətini qəbul edib dünyasını dəyişdi.
Bu bacarıqlı vəzifə sahibinin xidməti yoldakı ilk addımı hərbi sahədə olub, təqribən 15 yaşından etibarən bu sahədə xidmət mərhələlərini keçmiş, bir çox təhlükəli döyüşlərdə qələbələr qazanmış, öz ləyaqət və bacarığı sayəsində kapitan rütbəsindən “əmiri-tümən”liyə (10 min nəfərlik hərbi dəstənin komandiri) yüksəlmişdi. Bir çox mühüm və böyük dövlət imtiyazlarının sahibi idi. Son vaxtlar yaşının çoxluğu orduda xidmət etməsinə mane olurdu. Dövlət tərəfindən bir sıra mühüm rəhbər vəzifələrə təyin edilmişdi və xidmətdən yayınmırdı. Həqiqətən, o, elə bir dövlət adamı idi ki, itkisi hədsiz təəssüf və kədər yaradır”.
Söz düşmüşkən, Ağa Bəhram Xacə Qarabağinin də adını çəkmək lazımdır. O, xacəlikdən Qacar sarayında nazir rütbəsinə kimi yüksəlib. Bu barədə Mehdi yazır:
“İbrahimxəlil xanın qızı, “Ağabacı” adı ilə məşhur olan Ağabəyim Fətəli şaha ərə gedib, Qarabağdan Tehrana köçür və onun 12-ci arvadı olur. O, Tehrana daxil olanda Qarabağdan özü ilə gətirdiyi və hər biri yetkin, tanınmış şəxs olan 200 nəfərdən artıq adamdan ibarət şəxsi xidmət heyəti vardı. Ağa Bəhram da onun müşayiətçilərindən və xacələrindən biri idi. Qəməri 1250-ci ildə İsfahanın “Həft dəst” imarətində Fətəli şah elə həmin Ağa Bəhramın qolları arasında dünyasını dəyişmişdi.
Ağa Bəhram Fətəli şahın zamanında etibarlı və möhtərəm xacələrdən biri olmaqla yanaşı, Məhəmməd şah Qacarın hakimiyyəti dövründə də əhəmiyyətli şəxslərdən sayılırdı. O, əvvəlcə “əmini-divan” ləqəbini almış, sonralar, Nasrəddin şahın zamanında Ədliyyə naziri vəzifəsinə təyin edilərək “əmiri-divan” ləqəbini qazanmışdı. O, Nasrəddin şahın hökumətində ilk ədliyyə naziri idi”.
Reyting.az
Bölməyə aid digər xəbərlər

17-10-2025, 19:38
Deportasiyadan bəhs edən kitabın təqdimatı olub - Fotolar
17-10-2025, 18:02
DİN-də kollegiya iclası keçirilib
17-10-2025, 16:57
Ramiz Mehdiyev ev dustaqlığını bu villasında çəkir - Fotolar
17-10-2025, 14:09
Emin Hüseynov: "Füzuli şəhərində artıq 3 mindən çox əhali yaşayır"
17-10-2025, 12:50
Sabah yağış yağacaq - Proqnoz
17-10-2025, 12:05
"Hakimlər haqqında" qanuna dəyişikliklər qəbul olunub
17-10-2025, 10:26
Xidmət: "Yağışlı hava davam edəcək"
17-10-2025, 09:56
Ekspert: "Eşqi Bağırov Agentliyə buraxılmır, onun "qələm"i qırılıb"
17-10-2025, 08:47
Robot köpəklər Çinin küçələrində patrulluq edirlər
17-10-2025, 08:05
3D-bioprinter tibb aləmində yenilik olacaq
16-10-2025, 18:01
Fərhad Əhmədov məhkəmədə: "İnandırmışdılar ki, yaxtanı azad edəcəklər"
16-10-2025, 17:09
Daha bir vəzifəli şəxs saxlanılıb - Foto
16-10-2025, 16:25
Füzulidəki qəzada dörd nəfər xəsarət alıb
16-10-2025, 12:38
Sabah yağış yağacaq - Proqnoz
16-10-2025, 12:29
"QHT işi" üzrə həbs olunan şəxsin məhkəməsi başlayır
16-10-2025, 11:37
Yasamalda iki nəfər güllələnib - (Yenilənib)
16-10-2025, 10:32
Balaxanıda sursat aşkarlanıb
16-10-2025, 09:45
Sosialist əməyi qəhrəmanı 86 yaşında vəfat edib
15-10-2025, 18:10
Azərbaycanlı və rusiyalı alimlər dərinlikdən gələn sirri açıblar - Foto
15-10-2025, 17:02
Növbəti iki gündə bəzi rayonlara sulu qar yağacaq - Xəbərdarlıq
15-10-2025, 16:48
Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişib
15-10-2025, 15:48
DTX və DSX sərhəddə əməliyyat keçirib - Foto
15-10-2025, 14:58
Zərdabda qəsdən yanğın törədən şəxs cərimələnib
15-10-2025, 13:04
Sabah yağış yağacaq
15-10-2025, 12:15
Azərbaycana yenə PUA ilə narkotik gətirmək istəyiblər
15-10-2025, 12:13
TƏBİB xarici vətəndaşlara da xidmət göstərəcək
15-10-2025, 10:09
Qərbi azərbaycanlılarla bağlı tədbir keçirilib - Fotolar
15-10-2025, 09:38
Bakı metrosunda qatarların hərəkətində problem yaranıb
15-10-2025, 08:49
Sümükləri tapılan mamontun 45 min il yaşı var - Fotolar
14-10-2025, 18:01
Sabiq icra başçısı vəfat edib
14-10-2025, 14:02
İrandan PUA vasitəsilə narkotik keçirən narkotacir həbs olunub
14-10-2025, 12:43
“Tarqovı”da qanunsuz fotoqraflıq edən gənc həbs olunub
14-10-2025, 12:19
Sabah yağış yağacaq - Proqnoz
14-10-2025, 11:24
İlkin Süleymanovun məhkəməsi təxirə salınıb
14-10-2025, 10:46
Dövlət hesabına 62 xarici tələbə ölkəmizdə təhsil alacaq
14-10-2025, 09:09
Daha bir QHT sədrinə cinayət işi açılıb
14-10-2025, 09:00
Pişiklərin ən çox sevildiyi ölkələrin adı açıqlanıb - Siyahı
13-10-2025, 17:57
Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna baxacaq
13-10-2025, 17:31
Dövlət Komitəsi dəbdəbəli ziyafətə 200 min xərcləyəcək
13-10-2025, 16:32
Xəzərin Xaçmaz sahillərində suiti cəsədləri tapılıb
13-10-2025, 14:22
Təyyarələrdə yatmaq imkanı verən oturacaqlar ödənişli olacaq
13-10-2025, 12:42
Mopedlərlə bağlı qayda dəyişir - Sürücülük vəsiqəsi tələb olunacaq
13-10-2025, 12:39
Sabah yağış yağacaq - Proqnoz
13-10-2025, 12:35
Sabunçu Tibb Mərkəzinin baş həkimi vəzifədən azad edilib
13-10-2025, 12:16
Xocavənddə odlu silah-sursat satmaq istəyən şəxs saxlanılıb
13-10-2025, 11:37
Xankəndi, Ağdərə və Xocalıda 22 min əhali yaşayır
13-10-2025, 11:02
Qarabağ zonasında 1497, 5 hektar ərazi minalardan təmizlənib
13-10-2025, 10:07
16 yaşlı uşaq Gömrük İdarəsinin əməkdaşını öldürüb - Yenilənib