09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Azərbaycanda daha 142 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib
Tarix: 10-09-2020 16:09 | Bölmə: Cəmiyyət
Azərbaycanda daha 142 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 150 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 37 874 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35 269 nəfər müalicə olunaraq sağalıb, 556 nəfər vəfat edib, 2 049 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 290, bu günə qədər isə ümumilikdə 988 268 test icra olunub.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq