16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Azərbaycanda daha 141 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib
Tarix: 16-09-2020 15:51 | Bölmə: Cəmiyyət
Azərbaycanda daha 141 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 141 yeni yoluxma faktı qeydə alınıb, 151 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə. son sutkada 3 nəfər vəfat edib:

"İndiyədək ölkədə ümumilikdə 38 658 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 36 149 nəfər müalicə olunaraq sağalıb, 569 nəfər vəfat edib, aktiv xəstə sayı 1 940 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 656, bu günə qədər isə ümumilikdə 1 027 685 test icra olunub".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}