Azərbaycandan Türkiyəyə səfərlər zamanı pasport lazım olmayacaq
Tarix: 16-09-2020 18:19 | Bölmə: Cəmiyyət
Azərbaycandan Türkiyəyə səfərlər zamanı pasport lazım olmayacaq

Azərbaycanla Türkiyə arasında gediş-gəlişin daha da asanlaşacağı gözlənilir.

Reyting.az
xəbər verir ki, bu barədə “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” mövzusunda keçirilən vebinarda Xarici İşlər nazirinin müavini Xələf Xələfov məlumat verib.

O bildirib ki, hər iki ölkə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərləri məsələsi gündəmdədir: “Bu məsələnin həll olunması üçün işçi səviyyəsində təmaslar qurmuşuq”.

Nazir müavininin sözlərinə görə, hazırda texniki baxımdan sənədlərin razılaşdırılması işi aparılır.

“Hesab edirəm ki, yaxın vaxtlarda praktiki baxımdan da buna nail olacağıq”, - deyə X. Xələfov əlavə edib.(Oxu.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}