14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
BMT Baş katibi: “Koronavirus nəzarətdən çıxıb”
Tarix: 17-09-2020 09:51 | Bölmə: Cəmiyyət
BMT Baş katibi: “Koronavirus nəzarətdən çıxıb”

“Koronavirusla bağlı vəziyyət nəzarətdən çıxıb və hələ də nəzarətə alınmayıb”.

Reyting.az
xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş sentyabrın 16-da keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, COVID-19 pandemiyasının yaratdığı böhran həyatımızdakı digər böhranlardan tam fərqlidir. Bu baxımdan Baş Assambleyanın bu il keçiriləcək iclası digər toplantılardan fərqli olacaq.

A. Quterreş bildirib ki, tezliklə bəşəriyyətdə koronavirusdan ölən insanların sayı 1 milyonu keçəcək: “Koronavirus müasir dünyada sağlamlığımız üçün bir nömrəli təhlükədir. COVID-19-a qarşı vaksin də pandemiyanın yaratdığı böhranı aradan qaldırmayacaq”.

A. Quterreş yaxın 12 ay ərzində müalicəyə kömək edəcək, infeksiyanın yayılmasının qarşısını ala biləcək vasitələrdən istifadənin əhəmiyyətli dərəcədə vacib olduğunu vurğulayıb.

COVID-19-un sərhəd tanımadığını qeyd edən Baş katib diqqətə çatdırıb ki, bu gün hər kəs üçün əlçatan bir vaksinə ehtiyac var.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}