TƏBİB: "Şəkidə kütləvi yoluxma olub"
Tarix: 17-09-2020 17:24 | Bölmə: Cəmiyyət
TƏBİB: "Şəkidə kütləvi yoluxma olub"
Şəkidə "Bazar" adlanan ərazidə koronavirus infeksiyasına kütləvi yoluxma faktı qeydə alınıb.

TƏBİB-dən Reyting.az-a verilən məlumata görə, həmin ərazidə 01.09.2020 tarixindən bu günə qədər götürülən test nümunələrinin 13-də koronovirus testi pozitiv olub: "Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Epidemioloji vəziyyət barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Şəkidə epidemioloji vəziyyətin stabilləşdirilməsi istiqamətində profilaktik və əksepidemik işlər aparılır. Mövcud vəziyyətdə infeksiya ocağının bazar olduğu nəzərə alınaraq, yaxın günlərdə profilaktik dezinfeksiya işləri məqsədilə, bazarın müvəqqəti bağlanması məsələsinə baxıla bilər".




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər