09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Bərdədə qadını videosu ilə şantaj edən şəxs saxlanılıb
Tarix: 18-09-2020 13:35 | Bölmə: Cəmiyyət
Bərdədə qadını videosu ilə şantaj edən şəxs saxlanılıb

Bərdə rayonunda qadından şantajla pul tələb edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Reyting.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinə cari il avqustun 23-də rayon sakini olan bir qızın video və şəkillərinin sosial şəbəkədə yayılacağı ilə hədələnərək ondan 1 000 manat pul tələb edilməsi barədə müraciət daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Hüseynbəyli kənd sakini C.Qasımov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq