Naftalanda ermənilərin top atəşi nəticəsində ölənlərdən biri 13 yaşlı futbolçudur
Tarix: 28-09-2020 17:22 | Bölmə: Cəmiyyət
Naftalanda ermənilərin top atəşi nəticəsində ölənlərdən biri 13 yaşlı futbolçudur

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində həlak olan ailənin üzvlərindən biri futbolçudur.

Reyting.az xəbər verir ki, o, 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanovdur.

Qurbanov 2017/2018 mövsümündə AFFA-nın təşkilatçılığı ilə keçirilən U-11 Liqasında UGİM (Naftalan) komandasının heyətində çıxış edib. Azərbaycan futbol ailəsinin 13 yaşlı üzvünün həlak olması ilə əlaqədar AFFA dərin hüznlə başsağlığı verir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyir.

Şəhriyar Qurbanovun Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində həlak olması ilə bağlı AFFA tərəfindən FIFA və UEFA-ya müvafiq məktublar ünvanlanıb.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər